Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan və İran tezliklə ixracına başlayacaqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və İran tezliklə ixracına başlayacaqlar

Azərbaycan və İran "Xəzər" birgə avtomobil zavodunda istehsal olunan avtomobillərin tezliklə Rusiya, Ukrayna və MDB ölkələrinə ixracına başlayacaqlar.

 

Bunu IKCO (Iran Khodro Co.) şirkətinin Asiya, Avropa, Amerika və MDB üzrə direktoru Sabina Nobari deyib.

 

Hazırda bu zavodda istehsal olunan avtomobillər yalnız Azərbaycanda satılır.

 

S.Nobari bildirib ki, "Iran Khodro" və Azərbaycanın "AzEuroCar LLC" avtomobil şirkəti 2018-ci ilin martından Azərbaycanda 300-dən çox "Dena" ailə sedanı istehsal ediblər (Dövlət Statistika Komitəsi, 2018-ci ilin yanvar-iyul aylarında (7 ay) Azərbaycanda cəmi 269 ədəd minik avtomobili istehsal edildiyini açıqlayıb).

 

Qeyd edək ki, "Xəzər" avtomobil zavodu Neftçala Sənaye Məhəlləsində yerləşir. Bundan əvvəl zavodda "Dena", "Runna", "Soren" və "Samand" modellərinin də istehsal olunacağı deyilirdi.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Trend

17.08.2018 06:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ