“İran Khodro” Azərbaycanda istehsalatı genişləndirmək niyyətindədir
İranın avtomobil istehsalçısı “Iran Khodro” Azərbaycanda istehsalın ikinci xəttini işə salmaq niyyətindədir.
Bunu İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Möhsün Salehiniyə deyib.
Nazir müavininin sözlərinə görə, bu addım şirkətə Azərbaycanda istehsalatı genişləndirməyə imkan verəcək:
“Hazırda “Iran Khodro” gündəlik avtomobil buraxılışını 4-dən 8-ə qaldırmaq üçün mövcud istehsalat xəttinin gücünü artırmağı planlaşdırır. Gələcəkdə şirkət ikinci istehsalat xəttini işə salaraq ildə 2500 avtomobil istehsal etməyi nəzərdə tutur”.
Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıb. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək.
Müəssisədə "Khazar" brendi ilə avtomobillərin, həmçinin "Peugeot" və "Renault" avtomobillərinin bir sıra modellərinin istehsal edilməsi nəzərdə tutulub. Zavodun illik istehsal gücü 10 min avtomobil təşkil edəcək. Gələcəkdə avtomobillərin Ukrayna, Rusiya və Orta Asiya ölkələrinə ixracı planlaşdırılır.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
14 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır