Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"100 yeşikdən 500 manat əldə edirəm"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"100 yeşikdən 500 manat əldə edirəm"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "İndiyə kimi pomidor becərilməsindən zərərə düşən fermer görməmişəm"


 

Təsərrüfatımız əsasən pomidor istehsalı üzrə ixtisaslaşıb. Texnika və gübrəyə olan tələbatımızı “Aqrolizinq”in yerli nümayəndəliyinin dəstəyi hesabına ödəyirik. Bu il yüksək məhsul əldə etmişik və yığdığımız pomidoru artıq bazara çıxarırıq. Qiymətlər də bizi qane edir.

 

Bu sözlərin müəllifi Xaçmaz rayonunun Hülövlü kəndində yerləşən fermer təsərrüfatının rəhbəri Cavanşir Paşayevdir.

 

Fermer kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət dəstəyindən məmnundur:

 

“Dövlət bizi texnika, gübrə və toxumlarla təmin edir, fermerlərə bütün güzəştlər tətbiq olunur. Hazırda texnika boldur, gübrələr də çox aşağı qiymətlərlə fermerlərə təqdim olunur. İndiyə kimi pomidor becərilməsindən zərərə düşən fermer görməmişəm. Özüm 5 hektar sahədə pomidor əkmişəm. Hazırda məhsulu bazara çıxarıram. Təxmini hesablama aparaq. Əgər bir yeşik pomidoru 5 manata satıramsa, 100 yeşikdən 500 manat əldə edirəm. Bir gündə kim 500 manat qazana bilər? Deməli, bizim üçün pomidor istehsalı sərfəli sahədir”.

 

Cavanşir Paşayev pomidorun xeyirli tərəvəz olduğunu deyir. “Xaçmaz pomidorundan çox dadlı salat olur, iştahanı artırır. Quba rayonu öz ağ alması, Xaçmaz isə pomidoru ilə məşhurdur. Harada gedib pomidorun dadına baxsanız, Xaçmaz pomidorunun tamını verməyəcək. Bu neməti bizim torpaqlarımız yetişdirir. Qızıl kimi torpaqlarımız var”, - deyə fermer bildirib.

 

Qeyd edək ki, Xaçmaz rayonu tərəvəzçilik üzrə ixtisaslaşmış bölgələrdəndir. Hazırda bölgədəki təsərrüfatlarda pomidor yığımı davam edir. Toplanan məhsul paytaxt bazarlarına, emal müəssisələrinə göndərilir və Rusiyaya ixrac olunur.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Azərtac

17.08.2018 12:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ