Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Manat üçün kəskin təhdid görmürük"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Manat üçün kəskin təhdid görmürük"

SIR: Neftin qiymətinin yuxarı olması Azərbaycan manatının stabilliyini təmin edir


 

Reklam_3_11

2018-ci ildə Azərbaycanın dövlət büdcəsinin profisiti neftin qiymətibir barrel üçün 70 dollar olduğu halda ÜDM-in 3%-ni, cari əməliyyatlar hesabının müsbət saldosu - ÜDM-in 6%-ni təşkil edəcək.

 

"Sberbank Investment Research (SIR) analitikləri belə hesab edirlər.

 

“Rublun zəifləməsi və bu yaxınlarda türk lirəsinin kəskin ucuzlaşması yaxın xaricdə bütün dövlətlərin valyutalarına təsir edib. İyulun sonundan etibarən 6%-dən çox ucuzlaşan Rusiya rublundan başqa, volatillik nöqteyi-nəzərindən Qazaxıstan, Belarus və Gürcüstan valyutaları daha zəif olublar. Azərbaycan manatı və Tacikistan somonisi həmçinin təzyiq altında qalıblar, baxmayaraq ki, onların məzənnəsi əvvəlki kimi, dollardan asılıdır”, - SIR-in icmalında qeyd olunur.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Analitikilərin qiymətləndirmələrinə görə, dollara bağlılıq müxtəlif xarakter daşıyır. “Volatillik artdıqca valyuta bazarında məzənnəsi dollara bağlı olan valyutalara belə təzyiq altında qalıb - Azərbaycan manatı və Tacikistan somonisi. Lakin, əgər manat xüsusi narahatlıq yaratmırsa, somoni yenidən ucuzlaşa bilər”, - agentlik qeyd edir.

 

SIR analitikləri hesab edirlər ki, neftin qiymətinin yuxarı olması Azərbaycan manatına dəstəkdir. “Bloomberg”in Azərbaycanda bəzi bankların əhaliyə dollar satışının məhdudlaşdırılmasına dair məlumatına baxmayaraq, manatın məzənnəsinin dollardan asılılığı üçün kəskin təhdid görmürük, çünki neftin qiymətibir barrel üçün 70 dollardan artıq təşkil edir. Hesab edirik ki, bu qiymətlər qorunduğu halda cari il büdcə profisiti ÜDM-in 3%-ni, cari əməliyyatlar hesabının müsbət saldosu - ÜDM-in 6%-ni təşkil edəcək. Bundan əlavə, qiymətləndirmələrimizə əsasən, ilin sonuna kimi ARDNF-nin aktivləri  40 mlrd.dolları ötəcək”, - materialda vurğulanır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© İnterfaks-Azərbaycan

17.08.2018 13:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ