Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq

Azərbaycan Ukraynanın Xarkov və Odessa şəhərlərində ticarət evləri açmağı planlaşdırır.

 

Reklam_3_11

Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən verilən məlumata görə, gələcəkdə Azərbaycan Lvov və Truskovetsdə də ticarət evlərini açmaq imkanını nəzərdən keçirir.

 

Xatırladaq ki, iyunun 22-də Kiyevdə Azərbaycanın Ukraynada ilk ticarət evi açılıb. Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Ukrayna Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv iştirak ediblər.

 

Ticarət evlərində “Made in Azerbaijan” brendi ilə təqdim olunan mallar arasında mineral sular, alkoqollu içkilər, kosmetika, avtomobil yağları, çay və digər məhsullar satılacaq.

 

Son vaxtlar Azərbaycan "Made in Azerbaijan" brendini xarici ölkələrdə aktiv olaraq təşviq edir. Bu məqsədlə artıq Latviyanın Riqa, Belarusun Minsk şəhərlərində ticarət evləri açılıb. Çinin Şanxay şəhərində isə Azərbaycan şərab evinin açılması da nəzərdə tutulub.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Trend

18.08.2018 07:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ