Gömrük, bəyan olunmayan külli miqdarda dərman aşkar etdi
Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib.
Bu barədə “Marja”ya DGK-dan məlumat verilib.
Baxış zamanı, monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.
Türkiyə vətəndaşının idarə etdiyi "VOLVO" markalı həmin nəqliyyat vasitəsinə təkrar baxış nəticəsində gömrük orqanına bəyan olunmayan 104 adda 10110 qutu dərman preparatı, gömrük orqanına düzgün bəyan olunmayan 3000 ədəd "Eren" markalı müayinə masa ortüyü, 700 ədəd "Beybi Care" markalı yataq qoruyucu örtüyü, 554400 ədəd "TentyFlex" markalı cərrahi əlcəyi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
18 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 13 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
16 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
16 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
17 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır