Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Əlillər və gömrük arasında münaqişə - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əlillər və gömrük arasında münaqişə - AÇIQLAMA

 

Ötən gün bəzi internet resurslarında və sosial şəbəkələrdə gömrük orqanlarına qarşı əsassız ittihamların yer aldığı məlumat və video yayımlanıb.

Reklam_3_11

 

Məlumatda Qarabağ müharibəsi iştirakçılarının Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda qanunsuzluqlarla üzləşdiyi, İrandan gətirdikləri malların gömrük sərhədindən buraxılmadığı iddia olunur.

 

Bu barədə Dövlət Gömrük Komitəsindən daxil olan məlumatda bildirilir.

 

Qeyd edilib ki, torpaqlarımızın müdafiəsində iştirak edən, sağlamlığını itirən şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Lakin gömrük qanunvericiliyində bu qəbildən olan insanların həyata keçirdiyi idxal-ixrac əməliyyatları zamanı hər hansı güzəştlər nəzərdə tutulmayıb. Belə ki, fiziki şəxlərin güzəştli qaydada ölkəyə gətirə biləcəkləri malların miqdarı qanunvericilikdə müəyyən edilib və gömrük orqanlarının vəzifəsi qanunvericiliyin tələblərini yerinə yetirməkdən ibarətdir.

 

Məlumatda bəhs edilən Qarabağ müharibəsi iştirakçılarının etirazına səbəb isə həmin şəxslərin qanunvericilikdə nəzərdə tutulandan artıq miqdarda malı gömrük sərhədindən keçirmək istəmələridir."Qoşa Təpə" gömrük postunda həmin şəxslərlə qanunvericiliyin müvafiq tələbləri barədə izahat işləri aparılsa da, həmin şəxslər bununla razılaşmaq istəmir.

 

Bütün gömrük-sərhəd keçid məntəqələrində olduğu kimi, "Qoşa Təpə" gömrük postunda da vətəndaşlardan yalnız qanunvericiliyin tələblərinə riayət etmək tələb olunur.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Onu da qeyd edək ki, torpaqlarımızın müdafiəsində iştirak edən, sağlamlığını itirən şəxslər Dövlət Gömrük Komitəsinin tabeliyində olan bütün qurumlar və gömrük əməkdaşları tərəfindən yüksək ehtiramla qəbul edilir, onların problemləri dinlənilirək qanunvericiliyə uyğun şəkildə qısa zamanda həll edilir.

20.08.2018 12:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ