Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Neft-qaz layihələrində mühüm rol oynayan gəmi əsaslı təmir olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft-qaz layihələrində mühüm rol oynayan gəmi əsaslı təmir olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  Qapalı Səhmdar Cəmiyyətinin Xəzər Dəniz Neft Donanmasına məxsus “Nefteqaz-64” təchizat-yedək gəmisi əsaslı təmir olunub.

 

“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan proses müddətində gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub, gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib.

 

Bundan başqa, baş mühərriklərin hər biri, üç ədəd köməkçi mühərrik, nasoslar, boru sistemləri əsaslı təmir olunub. Heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar tamamilə yenilənib.

 

Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra gəminin dəniz sınağı həyata keçirilib. Sınaq uğurla tamamlanıb.

 

Qeyd edək ki, “Nefteqaz-64” gəmisi Gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında  iştirak edəcək.

20.08.2018 14:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ