Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Pambığın 80 faizi maşınlarla yığılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pambığın 80 faizi maşınlarla yığılacaq

Ucar rayonunun pambıqçıları məhsul yığımına hazırlaşırlar.

 

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 2500 hektarda “ağ qızıl” yetişdirən pambıqçılar sentyabrın əvvəllərindən tarlalara çıxacaq, ağır zəhmət bahasına yetişdirdikləri məhsulu son qozasınadək, itkisiz yığıb qəbul məntəqələrinə təhvil verəcəklər.

 

Qeyd edək ki, yetişdirilən məhsulun 80 faizinin pambıqyığan maşınlarla, qalan 20 faizinin isə əl ilə yığılması nəzərdə tutulub. Bu məqsədlə ilkin olaraq 3 ədəd pambıqyığan maşın hazır vəziyyətə gətirilib. Əl ilə yığımda isə 350-400 nəfər işçi qüvvəsi səfərbər olunacaq.

 

Cari mövsümdə rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə daha çox pambıq əkilən Bərgüşad, Şahlıq, Lək, Xələc və bir sıra digər ərazi vahidlərində fermerlər, eləcə də fiziki şəxslər sahələrdən bol məhsul gözləyirlər.

 

© Azərtac

20.08.2018 16:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ