Otel və istirahət mərkəzlərindəki yerlərin 90 faizi tutuldu
Qurban bayramı ilə əlaqədar Qusardakı otel və istirahət mərkəzlərindəki yerlərin 90 faizi əvvəlcədən sifariş olunub.
Qusar Turizm İnformasiya Mərkəzindən bildirilib ki, bayram günlərini rayonda keçirmək üçün müraciət edənlər həm yerli, həm də əcnəbi turistlərdir. Bu günlərdə rayona gələn turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çoxdur.
Bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışan mərkəzə müraciət edən turistlər istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.
Əcnəbi turistlərin müraciətləri arasında ərəb ölkələrindən, Rusiya, Türkiyə və İrandan olanlar çoxluq təşkil edir. Bununla əlaqədar istirahət mərkəzlərində qonaqlara ənənəvi milli mətbəxlə yanaşı, xarici ölkə yeməkləri də təqdim olunacaq.
Qusardakı istirahət mərkəzlərində 4 nəfərlik kotteclərdə səhər yeməyi də daxil olmaqla, dincəlmək 100-120 manata başa gəlir.
Turizm İnformasiya Mərkəzi otellərdə yer tapa bilməyən turistlərə kənd evlərində qalmağı tövsiyə edir. Qusarın Ləzə, Həzrə və digər dağlıq kəndlərində ev kirayə edərək yerli sakinlərlə birgə yaddaqalan bayram keçirmək mümkündür. Burada qiymətlər otellərdən 50-60 faiz ucuzdur.
Qurban bayramı öncəsi Quba rayonundakı istirahət mərkəzlərində də sıxlıq müşahidə olunur. Burada da otel və istirahət mərkəzlərindəki yerlərin əksəriyyəti əvvəlcədən sifariş olunub.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Direktor, müavini və şöbə müdiri cinayət başında yaxalanıblar
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
-
11 saat əvvəl
“Valyuta bazarında kəskin tələb artımı yoxdur” - MƏRKƏZİ BANKIN SƏDRİ
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Əsas məqsədimiz əhalini əmanətlərini daha uzun müddətə yerləşdirilməsini təşviq etməkdir"
- 13 saat əvvəl
- 13 saat əvvəl