Bakıda bu marşurutun fəaliyyəti dayandırıldı

Paytaxtın marşrut şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində 7 nömrəli müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti dayandırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Qeyd edilən marşrutun fəaliyyərinin dayandırılmasının sərnişinlərə təsirini minimuma endirmək üçün Bakı Nəqliyyat Agentliyi həmin xətt üzrə hərəkət edən marşrutların müvəqqəti istismarçılarına avtobuslarının sayının artırılaraq sərnişin axınına uyğun nizamlanmalarını tapşırıb.

 

Qeyd edək edək ki, 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 9-cu mikrorayon Həmzə Babaşov küçəsindən Füzuli meydanı Şəmsi Bədəlbəyli küçəsi eləcə də əks istiqamətdə hərəkət edirdi. Bu istiqamətdə gedib-gələn sərnişinlər 18 nömrəli müntəzəm şəhərdaxili marşrutundan istifadə edə bilərlər

11 Fevral 2017 , 09:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin