Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakı ilə Minvodını sürət qatarı birləşdirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı ilə Minvodını sürət qatarı birləşdirəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Federasiyasının (RF) Stavropol diyarına aid olan Minvodı ilə Bakı arasındakı dəmir yolu xəttinə “Lastoçka” sürət qatarları buraxıla bilər.

 

TASS informasiya agentliyi xəbər verir ki, “Rusiya Dəmir Yolları” şirkətində bununla bağlı layihənin müzakirəsi planlaşdırılır.

 

Lazımi infrastruktur hazır olduqdan sonra şirkətin bu qatarın xəttə buraxılması layihəsi ilə yaxından məşğul olacağı bildirilir. Sürət qatarı Stavropol və Dağıstan ərazilərindən keçəcək. Rusiya Federasiyasının adları çəkilən subyektlərinin hökumətləri bu layihənin həyata keçirilməsində maraqlıdırlar. Onlar hesab edirlər ki, yeni qatarlar turist axınını gücləndirəcək və regiona əlavə sərmayələr cəlb edəcək.

 

Rusiya Federasiyasının Şimali Qafqaz Məsələləri üzrə Nazirliyinin nəzdində yaradılan işçi qrupu layihənin əsas məqsədini - sərnişinlərin Bakıdan Minvodıya daha tez çatmasını və onların rahatlığının artırılmasını nəzərə almaqla, qatarın xəttə buraxılması üzrə yol xəritəsi hazırlayacaq. Sürət qatarının Minvodıdan Dərbəndə 3,5, Bakıya isə 4,5 saata çatması nəzərdə tutulur.

 

Stavropol diyarının turizm və sanatoriyalar naziri Aleksandr Truxaçev bildirib ki, Bakı və Mineralnıe Vodı kimi iki nəhəng aqlomerasiyanı birləşdirəcək bu nəqliyyat layihəsi birmənalı olaraq sərfəlidir. Sürət qatarının istifadəyə verilməsi sağlamlıq, müalicə və reabilitasiya üçün sanatoriyalara gələnlərin sayının artmasına imkan yaradacaq.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Azərtac

24.08.2018 05:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ