Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Mərkəzi Bankın notlarına da tələb azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın notlarına da tələb azalır

24 Avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101170S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 26 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Reklam_3_11

"Marja" Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 11 investor tərəfindən qiyməti 99.3899 AZN (8.5%) ilə 99.4251 AZN (8.01%) arasında olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 368 115 900 AZN olmuşdur.

 

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4251 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların ortaçəkili qiyməti 99.4251 AZN (8.01%), istiqrazların yerləşdirilmiş həcmi isə 250 000 000 AZN təşkil etmişdir.

 

Notların ödəmə tarixi 19.09.2018.

 

Müqayisə üçün qeyd edək ki, 8 Avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)  300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdi.Hərrac zamanı 15 investor tərəfindən qiyməti  99.3812 AZN (8.01%) olan 27 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 704 697 800 AZN olmuşdu.

 

Mərkəzi Bankın depozit hərracında da tələb aşağı düşür. Ətraflı burada.

24.08.2018 15:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ