Belarusda “Azərbaycan Ticarət Evi”nin təşkilinə başlanıb
İqtisadiyyat naziri Şahin Mustafayev Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşüb.
Görüşdə Azərbaycan-Belarus iqtisadi əlaqələrindən danışan nazir Şahin Mustafayev qeyd edib ki, indiyədək ölkələrimiz arasında 30-dan çoxu iqtisadi sahədə olmaqla, 100-dən çox sənəd imzalanıb.
Belarusda 69, Azərbaycan şirkəti, Azərbaycanda isə 31 Belarus şirkəti fəaliyyət göstərir.
Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 33% artıb.
Gəncə Avtomobil Zavodunda Minsk Traktor və Avtomobil zavodları ilə birgə istehsal təşkil edilib və 2007-2016-cı illərdə 10 mindən çox traktor, avtomobil, qoşqular və digər avadanlıqlar istehsal edilib.
Bundan başqa, tütün və pambıq ixracının artırılması barədə Azərbaycan və Belarus şirkətləri arasında 2 müqavilə, bir sıra digər sahələr üzrə niyyət memarandumları imzalanıb.
Qeyd edilənlərlə yanaşı, iqtisadi əlaqələrin inkişafı üçün böyük imkanlar var. Qarşılıqlı ticarət əməkdaşlığının genişləndirilməsi, Azərbaycan məhsullarının Belarusa ixracının artırılması məqsədilə Belarusda “Azərbaycan Ticarət Evi”nin təşkilinə başlanıb.
Görüşdə Belarusa ixrac missiyasının təşkili, Azərbaycan mallarının, o cümlədən xüsusilə şərabçılıq məhsullarının ixracının genişləndirilmısi, birgə müəssisələrin yaradılması, sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl