Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

DOST mərkəzlərində “Gənc DOST” Proqramı həyata keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
DOST mərkəzlərində “Gənc DOST” Proqramı  həyata keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində “Gənc DOST” Proqramı həyata keçiriləcək.

 

Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, hazırda müvafiq Proqram layihəsi hazırlanır. Bu proqram DOST mərkəzlərində gənclərin könüllü iştirakını, ümumən əmək, məşğulluq və sosial müdafiə sahələrində göstərilən xidmətlərdə könüllülük fəaliyyətini dəstəkləyəcək. Proqram çərçivəsində gənclərin bu sahədə könüllü iştirakla bağlı bilik və bacarıqlarının artırılması üçün müvafiq təlim proqramlarının hazırlanması və reallaşdırılması, gənclərin müvafiq istiqamət üzrə motivasiyasına yönələn işlərin aparılması təmin ediləcək.

 

Cari ilin sonundan etibarən əvvəl Bakıda, sonrakı mərhələdə ölkəmizin digər şəhər və rayonlarında yaradılacaq DOST mərkəzləri əmək, sosial müdafiə və təminat, məşğulluq sahəsində vətəndaşlara “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla xidmətlər göstərəcək. 

27.08.2018 08:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ