Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Növbəti ixrac missiyası Çinə gedəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Növbəti ixrac missiyası Çinə gedəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 29 avqust - 3 sentyabr tarixlərində Çin Xalq Respublikasının Urumçi şəhərinə təşkil olunacaq.

 

İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti daxildir.

 

Səfər zamanı Azərbaycan və Çin şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək, ixrac məsələləri müzakirə ediləcək.

 

İxrac missiyası çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları Urumçi şəhərində keçiriləcək “Çin-Avrasiya” Sərgisində də nümayiş olunacaqdır.

27.08.2018 13:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ