Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın hər ay 100 milyon dollara ehtiyacı olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın hər ay 100 milyon dollara ehtiyacı olacaq

Azərbaycanın xarici dövlət borcunun 2018-ci ildə nominal ifadədə artaraq 9,42 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır. "Marja" hökumətə istinadən xəbər verir ki, bu artımın əsas səbəbi əvvəlki illərdə imzalanmış kredit müqavilələri üzrə nəzərdə tutulan vəsaiti cari tarixə kreditor qurumların tam ayırmaması və bu istiqamətdə 2018-ci ildə istifadə olunacaq vəsaitin həmin öhdəliklər üzrə həyata keçiriləcək ödənişlərə nisbətən daha çox olmasıdır.

 

Reklam_3_11

Lakin mövcud (cəlb edilmiş) xarici dövlət borcunun 2019-cu ildə 9 milyard ABŞ dollarından 2025-ci ildə 3,8 milyard ABŞ dollarınadək azalacağı gözlənilir.

 

Qısası,  8 il ərzində Azərbaycanın xarici dövlət borcunun 5,62 milyard dollar azalacağı gözlənilir. Azərbaycanın bu borcu geri ödəməsi üçün aylıq orta hesabla 60 milyon dollara ehtiyacı olacaq.

 

2018-ci il 1 yanvar tarixinə dövlət təşkilatlarının dövlət zəmanəti ilə cəlb olunmuş borclarının ümumi məbləği 21 milyard 561,4 milyon manat təşkil etmişdir. Dövlət zəmanəti ilə cəlb olunmuş məcmu borcun 9 milyard 849,2 milyon manatı (5 milyard 793,3 milyon ABŞ dolları) və ya 45,7 faizi xarici borcun, 11 milyard 712,2 milyon manatı və ya 54,3 faizi isə daxili dövlət zəmanəti ilə cəlb olunmuş borcun payına düşür.

 

Eyni zamanda Azərbaycanın özəl sektorunun da xarici dövlət borcu mövcuddur. Bu borcların (dövlət, dövlət zəmanətli və özəl sektorun borcu) böyük bir hissəsinin 2025-ci ilədək qaytarılması üçün ortalama aylıq təxminən 80-100 milyon dollar tələb olunur.

28.08.2018 08:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ