Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Konüllü sığortada ödənişlər azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Konüllü sığortada ödənişlər azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 334,478 milyon manat sığorta haqqı toplanılıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 49,7% çoxdur.

 

7 ay ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 26,2% artaraq 125,374 milyon manat olub.

 

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 107,51 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,1% azdır. Ötən 7 ayda icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 25,1% artaraq 38,395 milyon manata çatıb.

 

Beləliklə, 2018-ci ilin yanvar-iyulunda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 32,15 manatı qədər ödəniş edilib. Bu rəqəm 2017-ci ilin yanvar-iyulunda 50,7 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,9 manatdan 30,6 manata düşüb.

 

 

Həyat sığortası 77%, qeyri-həyat sığortası isə 22% artıb

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 208,946 milyon manat sığorta haqqı toplanılıb.  Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 77,2% çoxdur.

 

7 ay ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 250,905 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,4% çoxdur.

 

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 8,6% azalaraq 64,688 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 10,9% artaraq 81,217 milyon manata çatıb.

 

Beləliklə, 2018-ci ilin yanvar-iyulunda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 31 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 32,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2017-cı ilin yanvar-iyulunda müvafiq olaraq 60 manat və 35,75 manat olub. 

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Renkinq

29.08.2018 06:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ