Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sabah “Kapital Bank”ın yeni səhmləri ticarətə buraxılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabah “Kapital Bank”ın yeni səhmləri ticarətə buraxılacaq

29 Avqust 2018-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir:

 

Reklam_3_11

Bakı Fond Birjasından “Marja”ya daxil olmuş məlumata görə, 30.08.2018-ci il tarixində ticarətə ilkin qiyməti 12,39 manatdan 3 228 410 ədəd qiymətli kağız buraxılacaqdır (təxminən cəmi 40 milyon manatlıq).

 

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Ticarətə buraxılan qiymətli kağızların sayı

Q/k-ın yerləşdirməyə başlanması tarixi

Q/k-ın ilkin ticarət qiyməti

AZ3001005157

İmtiyazlı adlı sənədsiz

 

3 228 410

(ədəd)

30.08.2018

12.39 AZN

  

Səhmlərin yerləşdirməsi üzrə anderayter “PAŞA Kapital İnvestisiya şirkəti” QSC-dir.

 

 Eyni zamanda Kapital Bankın hal-hazırda tədavüldə olan adi adlı sənədsiz səhmləri Listinq Komitəsinin qərarı ilə standart bazar seqmentinə daxil edilmişdir.

 

Xəbər verdiyimiz kimi, 24 İyul 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası “Kapital Bank”ASC-nin hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd imtiyazlı, faizli, adlı sənədsiz səhmlərinin emissiyasını qeydiyyata alıb.

 

“Kapital Bank” emissiyanın həyata keçirilməsi nəticəsində investorlardan 39 milyon 999 min 999,9 manat cəlb etməyi nəzərdə tutur.

 

Səhmlərin təklifi, investorlardan sərbəst vəsaitlərin Bankın nizamnamə kapitalına cəlb edilməsi məqsədilə həyata keçirlir. Cəlb ediləcək vəsait  emitentin kapitallaşmasına yönəldiləcək və pul vəsaitlərinin resurs bazasının fərqləndirilməsinə imkan yaradacaq.

 

Qeyd edək ki, hazırda “Kapital Bank”ın nizamnamə kapitalı hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon ədəd adi səhmdən ibarət olmaqla 185 milyon 850 min manatdır.

 

Yeni buraxılan səhmlər imtiyazlı, adlı sənədsiz səhmlərdir. İmtiyazlı səhmlərin sahibləri emitentin fəaliyyətinin nəticəsindən asılı olmayaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almaq hüququna malikdirlər. Səhmlər üzrə dividendlər Səhmdarların Ümumi Yığıncağının qərarları ilə illik ödənilir.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

 “Kapital Bank” ASC-nin səhmdarlarının 14 Mart 2018-ci il tarixində keçirilmiş yığıncağında 40 000 000 AZN dəyərində, 15% dərəcəsi ilə, qeyri-kumulyativ, müddətsiz imtiyazlı səhmlərin buraxılması barədə qəbul edilmişdi.

 

Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcəkdir. Səhmlərə  abunə yazılışı - səhmlərin buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən sonrakı 16 iş gününün bitdiyi gün (10 Avqust 2018) başlanılacaqdır. Abunə yazılışı internetdə sayt vasitəsilə elektron və ya yazılışı şəkildə bildirişlərin təqdim edilməsi yolu ilə keçiriləcəkdir.

 

Buraxılış üzrə ümumi 19.999.999.95 manat məbləğində 1614205 manat ədəd səhmin yerləşdirilməsi emissiyanın baş tutması və emissiyanın yekunları haqqında hesabatın təqdim edilməsi üçün kifayət hesab olunur. Elan olunmuş 39.999.999.90 manat məbləği yığıldıqdan sonra abunə yazılışı dayandırılacaqdır.

 

Abunə yazılışı başa çatdıqdan sonra 2 iş günü ərzində səhmlərin yerləşdirilməsinin başlanmasi tarixi elan ediləcək və yerləşdirmə  7 iş gün davam edəcəkdir.

 

İlk növbədə, əlavə buraxılan səhmləri almaqda üstünlük hüququ olan Emitentin Səhmdarlarının (PAŞA Holdinq və fiziki şəxslər) səhmlərin alınması üçün təqdim etdikləri sifarişlər təmin olunacaqdır. Bu sifarişlər səhmlərin Bakı Fond Birjasıda yerləşdirilməsinə başlandığı tarixdən ilk 2 iş günü ərzində veriləcək.

 

Səhmlərin yerləşdirilməsini “Paşa Kapital İnvestisiya Şirkəti” QSC həyata keçirəcəkdir.

 

Hazırda “Kapital Bank” ASC-nin hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon ədəd adi səhmlərinin  14 980 163 ədədi və ya 99,86775%-i “PAŞA Holding” ММC-yə, 19837 ədədi və ya 0,13225%-i fiziki şəxslərə məxsusdur. Ehtimal edilir ki, hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd imtiyazlı səhmlərin  3 224 141 ədədi və ya 99,86775%-i “PAŞA Holding” ММC, 4269 ədədi və ya 0,13225%-i fiziki şəxslər tərəfindən əldə ediləcəkdir.

 

“Kapital Bank”ın hər bir səhminə 2015-ci ildə 4.39 manat, 2016-cı ildə 4.13 manat, 2017-ci ildə 3.49 manat dividend düşmüşdü.

 

"Kapital Bank" 2018-20-ci illər üzrə strateji plana uyğun olaraq bütün seqmentlər üzrə bazar payını artırmağı nəzərdə tutur. 

29.08.2018 15:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ