Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Sığorta bazarının 56%-nə 2 şirkət nəzarət edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarının 56%-nə 2 şirkət nəzarət edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış 459,841 milyon manat sığorta haqqının 257,207 milyon manatı və yaxud 55,9%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.

 

Reklam_3_11

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabata görə,"PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 167,729 milyon manat (36,5%) və 89,478 milyon manat (19,5%) sığorta haqqı toplayıblar.

 

Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 36,49 milyon manatlıq (7,9%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), 4-cü yerdə 32,121 milyon manatlıq (7%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 23,073 milyon manatlıq (5%) göstərici ilə "Atəşgah Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 348,891 milyon manat təşkil edib ki, bu da bazarın 75,9%-i deməkdir.

 

21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Naxçıvan Sığorta" (150 min manat), "Amrah Sığorta" (228 min manat), "Bakı Sığorta" (655 min manat) və "Rəvan Sığorta" (870 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi yığımları 1,903 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 0,4%-i deməkdir.

 

Qalan 12 sığorta şirkətinin yığımları isə 3-17 milyon manat arasında dəyişir və onların bazar payı 109,047 milyon manat və yaxud 23,7%-dir. 

 

Ödənişlərin 50%-ni "PAŞA Holdinq"in şirkətləri həyata keçirir

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilmiş 145,905 milyon manatlıq sığorta ödənişlərinin 49,9%-i və yaxud 72,742 milyon manatı "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb. Bu şirkətlər müvafiq olaraq 42,983 milyon manat (29,5%) və 29,759 milyon manat (20,4%) ödəniş ediblər. 

 

Ödənişlərin məbləğinə görə, 3-cü yerdə 11,635 milyon manatlıq (8%) göstərici ilə "Atəşgah Sığorta" ASC, 4-cü yerdə 11,245 milyon manatlıq (7,7%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 10,46 milyon manatlıq (7,2%) göstərici ilə "Qala Həyat Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi ödənişləri 106,082 milyon manat təşkil edib ki, bu da bazarın 72,7%-i deməkdir.

 

21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (3 manat), "Amrah Sığorta" (29 min manat), "Bakı Sığorta (145 min manat) və "Rəvan Sığorta" (176 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi ödənişləri 353 min manat təşkil edib ki, bu da cəmi 0,2%-lik pay deməkdir.

 

Qalan 12 sığorta şirkətinin ödənişləri 39,47 milyon manat və yaxud bütün ödənişlərin 27,1%-i qədərdir. 

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Renkinq 

30.08.2018 07:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ