Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və İrandan gətirilən 105 ton meyvə Rusiyaya buraxılmadı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və İrandan gətirilən 105 ton meyvə Rusiyaya buraxılmadı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin (Rosselxoznadzor) Dağıstan Respublikası üzrə İdarəsinin dövlət müfəttişləri Azərbaycan və İrandan gətirilən bitkiçilik məhsullarının bir neçə partiyasının geri qaytarılmasına dair qərar qəbul ediblər.

 

“Ümumi həcmi 74,5 tona yaxın 4 partiya gavalı və hər birinin çəkisi 12,5 və 18,5 ton bir partiya qara çay və bir partiya şafrtalı qadağan olunmuş məhsullar sırasına daxildir. Rusiya bazarına buraxılmayan məhsulların ümumi həcmi 105 ton təşkil edir”, - İdarənin məlumatında deyilir.

 

Zərərverici ilə yoluxmuş bitkiçilik məhsulları Rusiyanın dövlət sərhədinin Dağıstan hissəsində - “Yaraq-Kazmalar” keçid məntəqəsində aşkar olunub.

 

“Məhsullar Azərbaycan və İrandan Rusiya Federasiyasına göndərilib. Karantin fitosanitar nəzarəti gedişatında malın partiyasının baxışı zamanı karantin obyekti - Şərq meyvə yeyəni və yovşan-quyruq ambroziya aşkar edilib. Zərərvericilərin mövcudluğu həmçinin “Ümumrusiya Bitkilərin Karantin Mərkəzi” FDBM şöbəsinin rəyi ilə təsdiqlənib”, - məlumatda qeyd olunur.

 

Yüklərin sahibləri inzibati məsuliyyətə cəlb olunublar. Bitkiçilik məhsullarının ixracatçı ölkələrə geri qaytarılmasına dair qərar qəbul edilib. 

30.08.2018 15:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ