Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azelektrod” öz gücünə elektrod istehsalına başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azelektrod”  öz gücünə elektrod istehsalına başlayacaq

“Azelektrod” MMC öz gücü hesabına elektrod istehsalına başlayacaqdır.  

 

"Marja" xəbər verir ki, bunu müəssisənin rəhbəri Zamin Abbasov bildirib.

 

"Müəssisədə “Azelektrod” əmtəə nişanı ilə polad və dəmir qaynağı üçün 2,5, 3,2 və 4 millimetr qalınlıqda elektrodlar da qablaşdırılır. İş prosesi Türkiyə Respublikasından alınmış avadanlıqlar vasitəsilə həyata keçirilir. Gələn ilin birinci yarısında müəssisə öz gücü hesabına elektrod istehsalına başlayacaqdır", -  Zamin Abbasov deyib. 


“Azelektrod”un istehsal gücü inşaat materialları üçün saatda 5 ton, elektrod üçün saatda 1 tondur. 

 

Müəssisədə istehsal olunan məhsulların yerli bazarlarla yanaşı, Azərbaycanın bütün rayonlarında və Gürcüstanda da satışı təşkil olunur. 

 

Hazırda müəssisədə “Az-NaxKim” əmtəə nişanı ilə qeydiyyatdan keçmiş kafel, metlax, məsaməli beton-blok, mərmər və qranit yapışdırıcıları (ağ və boz rənglərdə), kimyəvi quru qarışıqlar, hazır suvaq qarışığı, beton səth sərtləşdirici, özüyayılan döşəmə qarışığı, təmir suvağı, aralıq doldurma qarışığı (bütün rənglərdə) kimi tikinti işlərində çox zəruri olan məhsullar da istehsal edilir. 

31.08.2018 09:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ