Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

 

 İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırılıb ki, gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanları, əsasən, yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında yağmursuz, sabit hava şəraiti müşahidə olunacaq. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, sentyabrın 1-2-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək. Komfort temperatur göstəriciləri müşahidə olunacaq, maksimal temperatur 28-32 dərəcə isti təşkil edəcək.

31.08.2018 14:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ