Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə olundu - ŞİRKƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə olundu - ŞİRKƏTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin Urumçi şəhərində keçirilən “6-cı Çin-Avrasiya” Sərgisində   nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsullarına sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən böyük maraq göstərilir.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, sərgi çərçivəsində Azərbaycan şərabının və digər spirtli içkilərin Çinə ixracına dair “Göygöl Şərab Zavodu” ASC və çin şirkətləri arasında müzakirələr aparılıb, “Ayan” şirkəti ilə Azərbaycan limonadının ixracına dair razılığa gəlinib.

 

Azərbaycanda istehsal olunan bir çox məhsullar kimi zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağının Çinə ixracına dair “Azərsun Holding” şirkəti ilə razılıq əldə olunub.

 

Bundan başqa, Çinin “İxlas” distribüter şirkəti ilə Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan “Konfiron” MMC arasında danışıqlar aparılıb və ilkin razılaşma əldə olunub.

 

 Çinin “Hans Zhou”, “TİAN SHENG HOLDİNGS”, “BEİJİNG REVİEW” kimi şirkətləri isə Azərbaycan fındığına böyük maraq göstərib və bu şirkətlərlə “Azhazelnut” şirkəti arasında ixraca dair danışıqlar aparılıb.

 

Qeyd edək ki, avqustun 30-da Çinin Urumçi şəhərində başlayan “6-cı Çin-Avrasiya” Sərgisində Azərbaycan məhsulları İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

31.08.2018 15:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ