Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Ölkənin örüş-otlaq sahəsi heyvanların yemlənməsi üçün kifayət etmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ölkənin örüş-otlaq sahəsi heyvanların yemlənməsi üçün kifayət etmir"

Azərbaycanda heyvandarlığın inkişafında indiyədək ekstensiv üsullardan istifadə olunub. Hazırda isə bu sahənin inkişafını intensiv üsullarla həyata keçirmək üçün tədbirlər görülür.

 

Bunu  açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Asəf Ömərov bildirib.

 

Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanır və proqramda bu məsələ xüsusi yer tutur.

 

Azərbaycanda 2 milyon 700 min baş iribuynuzlu, 8 milyon 400 min baş xırdabuynuzlu heyvan olduğunu söyləyən A.Ömərov bildirib ki, ölkənin mövcud örüş-otlaq sahəsi bu qədər heyvanın yemlənməsi üçün kifayət etmir. “Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, dünyanın hər yerində heyvandarlıq intensiv üsullarla inkişaf etdirilir. İntensiv üsullara görə, otlaq sahələri daha səmərəli istifadə olunur. Otlaqlarda irriqasiya sistemi tətbiq edilir, yem bitkiləri əkilir, heyvanlar qapalı şəraitdə saxlanılır”, - deyə şöbə müdiri vurğulayıb.

 

Nazirlik rəsmisi bildirib ki, dövlət proqramının hazırlanmasında aqrar tədqiqatlar və heyvandarlıq mərkəzlərinin əməkdaşları ilə yanaşı, xarici mütəxəssislər də iştirak edib. Mütəxəssislər bölgələrə səfər edib, yerlərdəki vəziyyətlə maraqlanıblar. Beləliklə proqramda mövcud vəziyyət, inkişaf yolları və perspektivlər ətraflı əks olunub.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Azərtac

01.09.2018 09:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ