Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Xüsusi sertifikatlı treyninq proqramına qeydiyyat davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xüsusi sertifikatlı treyninq proqramına qeydiyyat davam edir

(®) 14-17 sentyabr 2018-ci il tarixində Bakıda keçiriləcək “İslam Bankçılığı, Maliyyəsi və Sığortası (Təkafül)” üzrə xüsusi sertifikatlı treyninq proqramına qeydiyyat davam edir.

 

Reklam_3_11

Sözügedən programa artıq Azərbaycanın qabaqcıl maliyyə institutlarından olan Xalq  Bank, Bank of Baku, Silk Way Bank, Turanbank, Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyi, AXA MBASK sığorta təşkilatı və bir sıra  qurumlar maraq gösətmişdir.

 

Qeyd edək ki, treyninq yerli təşkilat olan İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin və beynəlxalq tərəfdaş Al-Huda İslam İqtisadiyyatı və Bankçılığı Mərkəzinin (Birləşmiş Ərəb Əmirlikləri) birgə təşkilatçılığı ilə həyata keçirilir.

 

Treyninqin keçirilməsində məqsəd Azərbaycanda islam bankçılığı, maliyyəsi və sığortası sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

 

Treyninq 3 hissədən ibarət olacaqdır. Belə ki, 14-15 Sentyabr – İslam Bankçılığı və Maliyyəsi, 16 Sentyabr – Körfəz ölkələrindən investisiyaların cəlb edilməsi, 17 Sentyabr – İslam sığortası (Təkafül) mövzusunda keçiriləcəkdir.

 

Sonda iştirakçılara Malayziya Maliyyə Akkreditasiya Agentliyinin Beynəlxalq dərəcəli sertifikatı veriləcəkdir.

 

Qeyd edək ki, treyninqin təşkili və iştirakçıların yazılması işi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən aparılır.

01.09.2018 10:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ