Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yerli qida məhsullarının istehlakı təşviq ediləcək - 3 İLLİK LAYİHƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yerli qida məhsullarının istehlakı təşviq ediləcək - 3 İLLİK LAYİHƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin avqustunda sağlam və təmiz qida sahəsində dünya üzrə qlobal təşkilat olaraq fəaliyyət göstərən “Slou Fud”un (Slow Food) təşəbbüsü ilə “Azərbaycanda Böyük Qafqaz regionunun kənd ərazilərində dəyər zəncirinin yaradılmasının təkmilləşdirilməsi” adlı üçillik layihəyə start verilib.

 

Layihə “Paşa Travel” şirkəti ilə əməkdaşlıq çərçivəsində Heyvanların Müdafiəsi İctimai Birliyi və Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının tərəfdaşlığı, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.

 

Dövlət Turizm Agentliyindən bildirilib ki, ilkin olaraq “Slou Fud” modellərinin tətbiqi üçün Şəki, Qəbələ, Şamaxı, İsmayıllı və Qax rayonları ərazisində həyata keçirilməsi planlaşdırılan layihə çərçivəsində yerli qida məhsullarının istehlakının təşviqi üzrə milli kampaniyanın, Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə beynəlxalq kampaniyanın, Azərbaycan nümayəndə heyətinin “Slou Fud”un beynəlxalq tədbirlərində iştirakını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

 

Layihə aqro-biomüxtəliflik və mədəni irsin qorunması, yerli qastronomiyanın dəyərinin artırılması, əhalinin gəlirlərinin potensial davamlılığı ilə yanaşı, turistik məhsulların inkişafı kimi müxtəlif məsələləri əhatə edəcək.

 

Uzunmüddətli məqsədlər sırasına təbii ehtiyatların istifadəsinin optimallaşdırılması, işsizlik səviyyəsinin və kənd təsərrüfatı miqrasiyasının azaldılması, həmçinin ərazinin dayanıqlılığının artırılması daxildir. Layihənin həyata keçirilməsi ilə qida məhsulları istehsalının dinamik inkişafının təkcə kənd ərazilərində deyil, eyni zamanda, kənd təsərrüfatı məhsullarının əsas satış bazarı olan şəhər mərkəzlərində də məşğulluğun artırılması və saxlanılmasıda müsbət rol oynayacağı planlaşdırılır. Həmçinin kənd ərazilərinin inkişafına yeni yanaşmaların tətbiq edilməsi Azərbaycan iqtisadiyyatının diversifikasiyalaşması üçün xüsusi əhəmiyyət daşımaqla sosial sabitliyin təmininə də dəstək vermiş olacaq.

03.09.2018 05:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ