Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda kartlardan istifadə qaydaları dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda kartlardan istifadə qaydaları dəyişdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na dəyişiklik edib.

 

Bununla bağlı qərarı qurumun sədri Elman Rüstəmov imzalayıb.

 

Dəyişikliyə əsasən, yüklənə bilinməyən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 500 manatdan və yaxud onun ekvivalentində xarici valyutadan artıq və istifadə müddəti 2 ildən çox ola bilməz. İndiyə qədər bu məbləğ 150 manat olub. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Bundan başqa, istifadəçisi eyniləşdirilməyən yüklənə bilən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 100 manatdan və yaxud onun ekvivalentində xarici valyutadan artıq, istifadə müddəti isə 5 ildən çox ola bilməz. İndiyə qədər bu məbləğ 50 manat olub. 

 

İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartın istifadə müddəti 5 (beş) ildən, kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi isə 15 000 manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz. İndiyə qədər bu məbləğ 10 000 manat olub. 

 

TƏMASSIZ KARTLAR ÜÇÜN LİMİT ARTIRILDI

 

Emitent (və yaxud ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 50 manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kod daxil edilməklə aparılır. İndiyə qədər bu məbləğ 20 manat olub.  Bu təmassız kartlara aiddir.

 

Məlumat üçün bildirək ki, yüklənə bilən əvvəlcədən ödənilmiş kart - əvvəlcədən mədaxil edilmiş vəsaitlərə sonradan vəsaitlərin əlavə edilməsinə imkan verən karta;

 

yüklənə bilinməyən əvvəlcədən ödənilmiş kart - yalnız əvvəlcədən mədaxil edilmiş vəsait həcmində əməliyyatların aparılmasına imkan verən karta deyilir;

 

Şəxsi eyniləşdirmə nömrəsi (bundan sonra PİN-kod) - emitent tərəfindən kart sahibinə və ya onun tərəfindən vəkil edilmiş şəxsə təqdim edilən və kartla əməliyyatların həyata keçirilməsi zamanı kart istifadəçisinin tanınmasında istifadə olunan gizli şifrədir.

 

Qaydalar ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report, Marja

03.09.2018 13:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ