Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Əfqanıstan yüklərin Azərbaycan vasitəsilə Avropaya sınaq ixracını həyata keçirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əfqanıstan yüklərin Azərbaycan vasitəsilə Avropaya sınaq ixracını həyata keçirəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari ilin oktyabr ayında Əfqanıstan özünün istehsal etdiyi malların “Lazurit dəhlizi” ilə (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) Avropaya ilk ixrac tədarükünü həyata keçirməyi planlaşdırır. Bu barədə Əfqanıstanın Sənaye və Ticarət Nazirliyinin tranzit və ticarət obyektləri üzrə direktoru Yəhya Ahlaki məlumat verib.

 

Reklam_3_11

“Akina və Turqundi şimal limanlarından xalça və qiymətli daşların olduğu iki konteynerdən ibarət sınaq partiya Türkiyə və Hollandiyaya göndəriləcək. Pilot mərhələsi “Lazurit dəhlizi”ndə iştirak edən ölkələrə yüklərin göndərilməsi zamanı çətinlikləri aşkar etməyə və onların aradan qaldırılması üçün zəruri addımlar atmağa imkan verəcək”, - Əfqanıstanın “TOLONew” xəbər kanalı Y.Ahlakinin sözlərindən sitat gətirir.

 

Onun sözlərinə görə, Əfqanıstandan mallar dəmir yolu ilə göndəriləcək və 6 gün ərzində yük maşınları ilə Gürcüstanın Qara dəniz limanlarına çatdırılacaq.

 

“Nəqliyyat şirkətləri ilə müşavirə zamanı yüklərin bir hissəsini dəmir yolu, digər hissəsini yük maşınları və gəmilərlə göndərmək qərarına gəldik”, - Y.Ahlaki məlumat verib.

 

Beynəlxalq Ticarət Palatasının direktoru Əbdül Qədir Bahman öz növbəsində qeyd edib ki, “Lazurit dəhlizi” ticarətçilərə “malların idxalı və ixracı üzrə əməliyyatları tez və ucuz həyata keçirməyə” yardım edəcək.

 

2016-cı ildə Əfqanıstan,Türkmənistan,Azərbaycan,Gürcüstan və Türkiyə, beş ölkəni birləşdirən “Lyapis-lazur” nəqliyyatdəhlizinin yaradılmasıhaqqındasazişimzalanıb.

 

© İnterfaks-Azərbaycan

05.09.2018 11:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ