Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gürcüstanda ən az pul xərcləyənlər azərbaycanlılardır - 34 MANAT DA AZALIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstanda ən az pul xərcləyənlər azərbaycanlılardır - 34 MANAT DA AZALIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstana səfər edən əcnəbilər arasında ən az pul xərcləyənlər Azərbaycan vətəndaşlarıdır.

 

Reklam_3_11

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının araşdırmasında bildirilib.

 

Araşdırmaya əsasən, 2018-ci ilin II rübündə azərbaycanlı turistlər qonşu ölkədə orta hesabla 349 lari (230 manat) xərcləyiblər. Bu ilin I rübü ilə müqayisədə Azərbaycan vətəndaşlarının qonşu ölkədəki orta xərci 52 lari (34 manat) azalıb.

 

Hesabat dövründə Gürcüstanda ən çox pul xərcləyənlər rusiyalı turistlər (1 253 lari / 825 manat) olub. Türkiyəli (865 lari / 570 man) və erməni turistlərin də (578 lari /  380 manat) orta xərcləri çox olub.

 

Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin ümumi xərcləri 1,9 mlrd. lari (726,692 mln. ABŞ dolları) təşkil edib. Ziyarətçilər bir səfər ərzində orta hesabla 1 144 lari (437 dollar) xərcləyiblər. Xərclərin 27%-i qida və içkilər, 22,1%-i yerləşmə, 18,4%-i mədəni və əyləncə xidmətləri, 15,5%-i alış-veriş, 6,8%-i yerli nəqliyyata, 10,3%-i isə digər xidmətlərə sərf olunub.

 

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 956 057 nəfər, təkcə avqust ayında isə 200 454 nəfər səfər edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

05.09.2018 13:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ