Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Hökumət yerli istehsalı devalvasiya ilə deyil, gömrük rüsumları ilə qoruyacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hökumət yerli istehsalı devalvasiya ilə deyil, gömrük rüsumları ilə qoruyacaq"

Son iki ayda qonşu ölkələrin milli valyutalarının dəyər itirməsi və bunun manatın məzənnəsinə təsir edib-etməyəcəyi müzakirə mövzusu olmuşdu. Aprılan təhlilər qonşu ölkələrin valyutasında yaranan dəyər itkisinin yeyinti məhsulları baxımından da yerli istehsalı təhdid etdiyi və bunun da gömrük rüsumlarının tənzimlənməsi ilə manat üzərində yaranacaq təzyiqin ötürülməsinin mümükün olduğu vurğulanırdı.

 

"Marja" xəbər verir ki, iqtisadçı Cəfər İbrahimlinin sözlərinə görə, hökümətin 2 gün əvvəl kartof idxalı üçün gömrük rüsumlarını 100% artırması bunu deməyə əsas veriri ki, yaxın müddətdə manatın dəyərində sərt dəyişikliklərə gedilməyəcək.

 

“Daha çox idxal olunan mal qrupları daxili istahsalı təhdid etdiyi durumlarda, gömrük və vergi rüsumları üzərindən tənzimləmə olacağının mesaji verildi.


Kartofun qiymət məsələsi ilə bağlı spekulativ söyləntilərə gəlincə.... Əvvəlcədən onu bildirim ki, heç bir hökumət mal və xidmətlərin süni surətdə qiymətinin yüksəldilməsi yönündə  qərər verməz. Bu sadəcə tənzimləmə funksiyasından və yerli istehsalın davamlılığını təmin etmək məqsədi güdə bilər. Heç kimə sirr deyil ki, qeyd etdiyimiz üç ölkədə ciddi kartof istehsalı var və manatın dəyərli olması fonunda bu ölkələrdən ciddi miqdarda kartof idxal olunurdu (hətta cəmiyyətin sağlamlığını təhdid edən texniki kaftof həcmidə az deyildi) və yerlı istehsalı boğmuş vəziyyət idi.


Eyni zamanda, bu məhsulu min bir əziyyətlə əkib beçərən fermerləri də düşünmək məsləhət olardı. Hazırkı məhsuldarlıq vəziyyətinə görə 1kq kartofun becərilməsinin maya dəyərinin 25-30 qəpik olduğunu, saxlanma və nəqliyyat xərclərini, fermer topdançı və pərakəndəçilərin də gəlir əldə etmək haqları olduğunu nəzərə alsaq kartof qiymətinin ən azı 70-80 qəpik səviyyəsində olması həm istehsalçıların həm də istehlakçıların uzun müddətdə yararına olacağını söyləməyə əsas verir....."

06.09.2018 09:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ