Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Elektrik stansiyalarının optimallaşdırılması müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elektrik stansiyalarının optimallaşdırılması müzakirə edilib

Energetika Nazirliyində “Azərenerji” ASC-nin, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Almaniyanın “ENERCO” şirkətinin nümayəndələri ilə birgə ““Azərenerji” ASC-nin elektrik stansiyalarının optimallaşdırılması və bərpası Proqramı”nın hazırlanması ilə bağlı  ekspertlər səviyyəsində müzakirəsi keçirilib.

 

Reklam_3_11

İclasda Energetika Nazirliyi tərəfindən, “ENERCO” şirkətinin cəlb edilməsi ilə elektrik stansiyalarında cari ilin aprel-iyul aylarında aparılmış araşdırmalar əsasında hazırlanmış hesabat təhlil edilib.

 

“Azərenerji” ASC-nin generasiya güclərinin optimallaşdırılması və bərpası Proqramı”nın hazırlanması üzrə görülən işlər, elektrik enerjisinin istehsalı prosesi və optimallaşdırılma tədbirləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hallarının qarşısının alınması məqsədilə yeni generasiya güclərinin yaradılması, İstilik Elektrik Stansiyaları, o cümlədən modul tipli stansiyaların modernizasiyası, mövcud stansiyaların bərpası və gücünün artırılması, stansiyaların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və ölkənin enerji potensialından effektiv istifadənin zəruriliyi qeyd edilib. Bu məqsədlə  Proqrama daxil ediləcək təkliflər nəzərdən keçirilib.

 

Texniki, istismar və inzibati-idarəetmə aspektləri üzrə tədbirlərlə yanaşı, elektrik stansiyalarında real orta illik və ehtiyat gücün artırılması, həmçinin stansiyaların istismarının effektivliyi və etibarlılığının yüksəldilməsi üçün ekspertlərin rəy və təkliflərinin Proqram üzrə yekun hesabatda nəzərə alınmasının vacibliyi diqqətə çatdırılıb.

07.09.2018 08:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ