Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Zeytunluq"da hasarlar söküldü

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Zeytunluq"da hasarlar söküldü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlər əsasında Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yaradılan xüsusi Komissiya tərəfindən Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki "Zeytunluq" adlanan ərazidə, Heydər Məscidinin yaxınlığında araşdırmalar aparılıb və yaşıllıq ərazisində bəzi işbazlar tərəfindən qeyri-qanuni olaraq ərazinin zəbt olunaraq hasarlanması, müxtəlif şəxslərə satılması və bəzi yerlərdə mövcud zeytun ağaclarının kəsilməsi, yaşıllıqların məhv edilməsi faktları üzə çıxarılıb.

 

Reklam_3_11

Bununla əlaqədar BŞİH və Binəqədi Rayon İcra Hakimiyyəti birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində ümumilikdə 3 hektar sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanılıb. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

 

BŞİH bildirir ki, paytaxtın rayonlarında aparılan abadlıq-quruculuq işləri, zəbt olunan torpaq sahələrinin və yaşıllıqların hasarlarının sökülərək ərazinin təmizlənməsi, vətəndaşları narahat edən amillərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

07.09.2018 08:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ