Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Rusiyada Azərbaycan məhsulları bahalaşıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rusiyada Azərbaycan məhsulları bahalaşıb"

Rusiya rublu yenidən ucuzlşamağa başlayıb. Bu ilin fevralında 1 dollar almaq üçün 55 rubl ödəmək lazım idisə artıq 69 rubldan artıq vəsait tələb olunur. Rusiya pulu “1 dollar 70 rubl” psixoloji həddinə yaxınlaşmaqdadır.

 

Son 1 ayda rubl 11 faizə yaxın dəyər itirib. Enerji məhsullarının qiymətinin yüksək və eləcə də Rusiya xarici ticarət göstəricilərinin pozitiv olmasına baxmayaraq rəsmi Moskva milli valyutasını dəyərsizləşməkdən qoruya bilmir. 


Tanınmış iqtisadçı Vüqar Bayramov "Facebook" səhifəsində yazıb ki,  2017-ci ildə Rusiyanın ixracatı 353 milyard dollar, idxalı isə 238 milyard dollar olub. 


"Bu isə o deməkdir ki, ötən il Rusiya xarici ticarətdə 115 milyard dollar müsbət saldo olub. Enerji məhsullarının Rusiyanın ümumi ixracatında payı isə 60 faizdir. Tədiyyə balansında da Rusiyanın vəziyyəti pis hesab edilmir. Amma bunlara rəğmən ABŞ sanksiyaları fonunda rubl dəyər itirməkdədir. Güman olunur ki, Vaşinqton sanksiyaları sərtləşdirərsə o zaman rublu yeni dalğalanmalardan qorumaq mümkün olmayacaq.

 

Rublun ucuzlaşması şimal qoşumuzda Azərbaycan məhsullarının bahalaşmasına gətirib çıxarıb. Əgər 1 ay öncə 100 manatlıq məhsulumuzun Rusiyada qiyməti 3676 rubl idisə indi bu rəqəm 4084 rubladək dəyişib. Bu isə o deməkdir ki, şimal qonşumuzun milli valyutası ifadəsində hər 100 manatlıq məhsulumuz son 1 ayda Rusiya bazarında 408 rubl bahalaşıb. Rubl dəyərsizləşməkdə davam edərsə qeyri-neft məhsullarımızın Rusiya bazarında rəqabət imkanları azalacaq. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını aldığını nəzərə alsaq rublun ucuzlaşmasının ixracatımıza təsirlərini müəyyənləşdirmək çətin olmaz".

07.09.2018 10:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ