Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nərimanov rayonunda 219 yaşayış binası söküləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nərimanov rayonunda 219 yaşayış binası söküləcək

 

Nərimanov rayonunda qəzalı vəziyyətdə olan 219 yaşayış binası sökülərək, yenidən qurulacaq.

 

Rayon icra hakimiyyətindən bildirilib ki, rayon üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması planlaşdırılıb və artıq qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahıya alınaraq, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşası işləri davam etdirilir.

 

Eyni zamanda, rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq, hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verilib.

 

Sərəncama əsasən, bir sıra ünvanlarda sakinlərlə bağlanmış müqavilələr əsasında onların köçürülməsi və ərazinin boşaldılması işləri artıq başa çatdırılıb və tikinti işlərinə başlanılıb. Digər ünvanlarda isə müqavilələrin bağlanılması və sakinlərin köçürülməsi işləri davam etdirilib.

 

Nəticədə, orada yaşayan sakinlər əvvəlki mənzillərinin sahəsindən 20-30 faiz artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacaq, tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqı ödəniləcək.

 

©Azərtac

13.02.2017 13:35

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ