Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gömrükdən Avqust rekordu - 322 MİLYON MANAT YIĞIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrükdən Avqust rekordu - 322 MİLYON MANAT YIĞIB

2018-ci ilin Avqust ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 329 milyon 805 min manat daxil olub. Bu, ən yüksək aylıq göstərici olmaqla bərabər, İyul ayı ilə müqayisədə 2,4% çoxdur. Belə ki, İyulda Komitənin xətti ilə dövlət büdcəsinə daxilolmalar 322 milyon 161 min manat təşkil etmişdi.

 

"Marja" Komitəyə istinadən xəbər verir ki, 2017-ci ilin Avqust ayı ilə müqayisədə dövlət büdcəsinə daxilolmalar 17,7% artıb. Ötən ilin Avqust ayında Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 280 milyon 128 min manat köçürmüşdü.

 

Cari ilin avqust ayında gömrük rüsumları üzrə 85 milyon 936 min manat, ƏDV üzrə 220 milyon 235 min manat, aksizlər üzrə 20 milyon 48 min manat, yol vergisi üzrə 3 milyon 585 min manat toplanıb.

 

8 AYDA İLLİK MÜQAYİSƏDƏ 33% ARTIB

 

Yanvar-avqust dövründə (8 ay ərzində) isə Dövlət Gömrük Komitəsi hesabına  dövlət büdcəsinə 2 milyard 271 milyon manat vəsait daxil olub (33% artım). Ötən ilin eyni dövründə bu məbləğ 1 milyard 708 milyon manat təşkil etmişdi. 

08.09.2018 07:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ