Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bal yarmarkası keçiriləcək - TARİX

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bal yarmarkası keçiriləcək - TARİX

 

"Arıçılıq haqqında"  Azərbaycan Respublikası Qanununa uyğun olaraq  Kənd Təsərrüfatı Nazirliyi   2018-ci ilin 5-28 oktyabr tarixlərində  Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.

 

Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq.

 

Yarmarkada iştirak etmək istəyən arıçılar  öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

 

Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.

 

- Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr

- Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr 

- Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr

- Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr

- Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr

 -  Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr

- Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr

- Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr

 

Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

10.09.2018 10:28

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ