Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azər Türk Bank “Aşağı Faiz Havası” kampaniyasına başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azər Türk Bank “Aşağı Faiz Havası” kampaniyasına başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan, daima onlara ən əlverişli şərtlərlə kredit təklif edən dövlət bankı Azər Türk Bank 10 sentyabr tarixindən etibarən “Aşağı Faiz Havası” adlı növbəti kampaniyaya başlayır.

 

Reklam_3_11

Kampaniyanın əsas məqsədi, kredit götürən müştərilərə, təklif edilən güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri üçün imkan yaratmaqdır.

 

Bu kampaniya çərçivəsində “İstehlak” krediti əldə etmək istəyən müştərilərə bank tərəfindən güzəştlər təklif olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 1% endirim tətbiq edilir. Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 18%-lə hesablanacaqdır.

 

Bundan başqa, verilən kredit üzrə birinci ay müştəridən faiz ödənişi tələb edilmir. Kampaniyanın şərtlərinə uyğun olaraq, faizlər  kredit verilən tarixdən bir ay sonra hesablanmağa başlayır və məbləğ aybaay bərabər hissələrlə ödənilir. Qeyd edək ki, birinci ay üzrə ödənilməyən faizin məbləği sonrakı ayların ödənişlərinin üzərinə əlavə edilmir.

 

Kampaniya sentyabr ayının 30-dək davam edəcək.

 

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

10.09.2018 12:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ