“Contact” sistemi ilə pul göndərərkən qazanmaq imkanı
Expressbank geniş əhatə dairəsinə malik olan “Contact” təcili pul köçürmə sistemini təklif edir. Bu köçürmə sistemi müştərilərə 410.000-dən artıq xidmət nöqtəsində sərfəli tariflər əsasında qısa zamanda xaricə pul göndərib, pul almaq imkanı verir.
“Contact” sistemi müasir tələblərə uyğun proqram təminatı platformasına malikdir. Nağd köçürmələrlə bərabər bu sistem vasitəsi ilə fiziki şəxslərin Rusiya, ABŞ, Kanada, İsrail, Vyetnam, Türkiyə, BƏƏ, CAR, Hindistan, Tayland, Sinqapur, Yeni Zelandiya və Avropa ölkələrinin banklarında açılmış bank hesablarına da köçürmə etmək mümkündür. Sistem həmçinin MasterCard, VİSA, UnionPay beynəlxalq ödəniş sistemlərinin kart hesablarına pul köçürmələri həyata keçirir. “Contact” sistemi üzrə köçürmə komissiyası ölkədən və məbləğdən asılı olaraq 1-3% təşkil edir. Köçürmə 3 valyutada - Rubl, ABŞ dolları və Avro ilə aparıla bilər.
Ümumiyyətlə, Expressbank-la təcili pul köçürmələri xidmətləri çox sərfəlidir. Belə ki, sərfəli tariflər, yüksək xidmət və əməliyyatların operativliyindən əlavə Expressbank-ın müştəriləri pul göndərərkən və ya pul alarkən Pul Kart vasitəsi ilə qazanırlar. Pul Kart müştərilərə pulsuz hədiyyə edilir və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 d. əvvəl
-
27 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
30 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
33 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb