Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərsu:Faisləsiz su təchizatının səviyyəsi 66%-ə çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərsu:Faisləsiz su təchizatının səviyyəsi  66%-ə çatıb

2016-ci ildə “Azərsu” ASC tərəfindən istehlakçılara 639 mln. kubmetr su satılıb. Bu barədə ASC-dən məlumat verilib.

 

Reklam_3_11

“Ötən ildə “Azərsu” tərəfindən 1 mln. 413 min abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilib. İl ərzində istehlakçılara 639 mln. kubmetr su satılıb”, - deyə məlumatda deyilir.

 

Bununla da fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,6%-ə, ölkə üzrə 65,6%-ə yüksəlib.

 

Hesabat dövründə 745 km içməli su, 435 km kanalizasiya xətləri çəkilmiş, 15 ədəd su anbarı tikilib, 26 subartezian quyusu qazılıb, 116 min sayğac quraşdırılıb.

 

Məlumatda ASC-nin sədri Qorxmaz Hüseynova istinadən qeyd olunur ki, 2017-ci ildə Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılacaq.

 

Həmçinin, bu il Gəncə, Şəki, Beyləqan, Ağcabədi, Tərtər, Gədəbəy, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində tullantı sutəmizləyici qurğuları tikiləcək. 

 

13.02.2017 19:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ