Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Atəşgah” Sığorta Qrupundan iddialı hədəflər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atəşgah” Sığorta Qrupundan iddialı hədəflər

: Azərbaycanın aparıcı sığortaçılarından biri olan “Atəşgah” Sığorta Qrupunun (SQ) Direktorlar Şurasının növbəti iclasında 2019-2021-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib. Bu barədə "Marja"ya Qrupdan bildirilib.

 

Reklam_3_11

"Atəşgah" Sığorta Şirkətinin İdarə heyətinin sədri Azər A. Əliyev bildirib ki, yeni biznes strategiyaya əsasən, “Atəşgah” SQ üç ildən sonra daha effektiv biznes göstəricilərinə malik olacaq:  "Belə ki, biz, sığorta mütəxəssislərinin seçim və təlim proseslərinə, məhsulların inkişafı və modernləşdirilməsinə yatırımlar edəcəyik. Yatırımların vacib istiqamələrindən biri də - rəqəmsallaşmadır. Burada prioritet olaraq satışları əsas elektron satış kanalına çevirmək, şirkətin İT-infrastruktur bazasını təkmilləşdirməkdir”.

 

Onun sözlərinə görə, yeni strategiya sığorta qrupunun əməkdaşlarından ibarət işçi qrupu tərəfindən hazırlanıb və ümumilikdə, beş əsas istiqaməti özündə ehtiva edir:

 

1.İnformasiya texnologiyaları infrastrukturunun inkişafı, şirkətlər üzrə 

2.Rəqəmsallaşdırılma səviyyəsinin yüksəldilməsi.

3.Biznes proseslərin təkmilləşdirilməsi.

4.Müştəri xidmətləri səviyyəsinin yüksəldilməsi.

5.İnsan kapitalına investisiya.

6.Yeni müştəriyönümlü sığorta məhsullarının yaradılması.

 

Şirkət rəhbəri, “Atəşgah” SQ –nun Azərbaycanda əmlak və avtomobil sığortası üzrə ən böyük müştəri portfeli ilə pərakəndə sığortada lider olmaq, eləcə də korporativ sığorta seqmenti üzrə TOP 3- lükdə mövqeyini möhkəmlətmək kimi iddialı hədəfləri qarşısına qoyduqlarını bildirdi.  

 

6-7 sentyabr 2018-ci il tarixində baş tutan iclas çərçivəsində 2018-ci ilin 6 aylıq maliyyə hesabatı, əmlak, şəxsı sığorta və tibbi sığorta növləri üzrə tənzimlənmə fəaliyyətinə dair hesabatlar da dinlənilib.

 

Məlumat üçün bildirək ki, “Atəşgah” SQ-nun 2018-ci ilin yanvar-iyun ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi 48 milyon manat təşkil edib.

 

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

11.09.2018 09:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ