Üçulduzlu hotel tikilir - qiymətlər münasib olacaq
Azərbaycanın füsunkar təbiətə malik rayonlarından olan İsmayıllı turizmin inkişaf etdirilməsi baxımından geniş imkanlara malikdir.
"Marja" xəbər verir ki, İsmayıllıya üz tutan turistlərin yerləşdirilməsi üçün tədbirlər görülür. Hazırda İsmayıllı şəhərində üçulduzlu beşmərtəbəli hotel tikilir. Sahibkar tərəfindən inşa olunan hotelin tikintisinə 2016-cı ilin iyulunda başlanıb. Zirzəmi hissəsində artıq işlər yekunlaşıb. Birinci mərtəbədə isə işlər tamamlanmaq üzrədir.
Tikinti işləri üzrə məsul işçi Saməddin Seyidov dedi ki, layihənin sifarişçisi “MM Orbita LTD”, podratçısı “MM Orbita” MMC-lərdir. Hazırda obyektdə 15-20 nəfər işləyir. İşçi qüvvəsi əsasən yerli sakinlərdir. İşlərin növbəti mərhələlərində işçi sayının artacağı gözlənilir.
42 nömrəlik hotel 80-100 nəfəri qəbul etmək imkanına malik olacaq. 1300 kvadratmetr əraziyə malik kompleksdə digər xidmət növləri (sağlamlıq mərkəzi, restoran və s.) də göstəriləcək. 50 nəfərdən çox işçinin çalışacağı hoteldə qiymətlər müştərilər üçün münasib olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 d. əvvəl
- 15 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
6 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 16 saat əvvəl