Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanlı startap Koreyanın məşhur şirkəti ilə tərəfdaş olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı startap Koreyanın məşhur şirkəti ilə tərəfdaş olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanlı startapı Koreya Respublikasının məşhur şirkəti ilə tərəfdaş olub.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən "ITU Telecom World" beynəlxalq sərgi-konfransında nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yerli startaplar da təmsil olunur.

 

"Yüksəklik" adlanan virtual reallıq (VR) döyüş oyunu ilə tanınan "CustomAR" şirkətinin VR texnologiyaları sərgi-konfransın iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan Milli Pavilyonunda yer alan şirkət artıq özünə yeni tərəfdaşlar qazanıb. Belə ki, "CustomAR" şirkəti ilə Koreya Respublikasının "Frontis" şirkəti arasında VR texnologiyalarının inkişaf etdirilməsi, həmçinin Yaxın Şərq regionu üzrə layihələrin icrasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. "CustomAR" tərəfindən memorandumu şirkətin rəhbəri Fərid Davudov, digər tərəfdən isə "Frontis" şirkətinin icraçı direktoru Çunq Hun-Seuk imzalayıb.

 

Xatırladaq ki, düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilən oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi Lələtəpə yüksəkliyindən ilhamlanıb.

11.09.2018 14:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ