Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

11,5 milyard manatı "yedik - içdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
11,5 milyard manatı "yedik - içdik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 23,0 milyard manata bərabər olmuşdur.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsinin yayadığı məlumata görə, ticarət dövriyyəsinin 11 milyard 532,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 milyard 434,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,2 faiz və 3,2 faiz üstələmişdir.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

 

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2017-ci ilin yanvar- avqust aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

22 966,4

102,7

o cümlədən:

ərzaq məhsulları

 10 546,5 

102,4

içkilər və tütün məmulatları

985,9

101,1

toxuculuq məhsulları, geyim və ayaqqabılar

4 154,4

103,3

elektrik malları və mebellər

1 422,6

102,8

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

166,0

102,0

əczaçılıq və tibbi mallar

307,7

102,5

avtomobil yanacağı

1 312,2

101,8

digər qeyri-ərzaq məhsulları

    4 071,1

103,6

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının 16,6 faizi ticarət müəssisələri, 50,7 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılmışdır.

 

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  292,8 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,4 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 147,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,8 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

12.09.2018 10:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ