Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da istehsal iPhone qiymətlərini 20 faiz artıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da istehsal iPhone qiymətlərini 20 faiz artıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp Çin ilə girişdiyi ticarət müharibəsi çərçivəsində Apple-a "Ölkənə qayıt" çağırışını edib. Əgər Apple bu çağırışa müsbət cavab verərsə, iPhone qiymətlərinın ən azı 20 faiz artacağı bildirilir. Həm də bu artım, təkcə bu axşam təqdim edilməsi gözlənilən yeni iPhone modellərinə deyil, Apple-ın istehsalına davam etdiyi bütün modellərə əks olunacaq.
 

"Marja" xəbər verir ki, keçən həftə Tramp Twitter hesabında, "Çinə tətbiq edəcəyimiz kütləvi tariflər səbəbindən Apple-ın məhsullarının qiymətləri arta bilər. Ancaq sıfır vergi ilə asan həlli var. Məhsullarınızı Çin yerinə Amerika Birləşmiş Ştatlarında istehsal edin. İndidən yeni müəssisələr inşa etməyə başlayın!" yzmışdı. Məsələ ilə bağlı Applerəsmi açıqlama yayamayıb.
 

Reklam_3_11

Ancaq "Bank of America Merrill Lynch", Apple-ın Trampın bu çağırışına tabe olması vəziyyətində Apple məhsullarında mümkün qiymət artımlarını təhlil edib. Banka görə, Çin yerinə ABŞ-da istehsal, iPhone qiymətlərini 20% yüksəldəcək.
 

ƏN AZI 8% ARTACAQ


 
"Bank of America Merrill Lynch"ın analitikləri, "Apple istehsalının hamısını ABŞ-a köçürsə əməkhaqqı xərclərinə görə 20%-lik qiymət artımına ehtiyacı olacaq" deyiblər.
 

 Analizə görə, Apple-ın Çindəki iPhone istehsalının 10%-ni ABŞ-a köçürməsi halında belə iPhoneun orta hesabla satış qiymətinin 8 faiz artacağı ehtimal edilir. Apple istehsalının 50%-ni ABŞ-a köçürsə, iPhone qiymətlərindəki artım 14 faiz olacaq.
 

Bankının analitiklərinə görə, yerli istehsal çağırışına əməl edilməsi halında reallaşacaq bu qiymət artımında ən mühüm amil işçi xərcləri olacaqdır. Çünki, ABŞ-lı bir fəhlənin xərci, çinli bir fəhlədən 2.6 dəfə çoxdur.

12.09.2018 10:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ