Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Qara Qarayev” metro stansiyasına sıfır məsafədə yaşayış kompleksi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qara Qarayev” metro stansiyasına sıfır məsafədə yaşayış kompleksi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Rahatlığa aparan yol


 

İlin ən gözəl seçimi: Sizi özünəməxsus memar quruluşu, dünya brendləri ilə bəzədilmiş təchizatı, təbii və sosial həyat sahələri ilə bütün ehtiyaclarınızı qarşılayacaq şəkildə inşa edilmiş yeni evinizi görməyə dəvət edirik. Bakı şəhərində etibarlı bir məkanda, komfortlu və modern yaşayış istəyənlərin xəyalları artıq gercəkləşir.

 

EVİNİZİ UZAQLARDA AXTARMAYIN

 

Şəhərlər böyüdükcə, binalar yüksəldikcə bizi yaşama bağlayan gözəlliklər biraz daha uzağımızda qalır. İndi isə günü-gündən böyüyən, gözəlləşən Bakıda bir alternativ var: “Rahatlığın Məkanı” – sizə rahat bir yaşayış təqdim etmək üçün quruldu. Paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə vaxtilə mövcud olmus sənaye müəssisələrinin köçürülməsi nəticəsində boşaldılmış ərazilərdə yeni yaşayış massivləri, mərkəzi icra hakimiyyəti orqanlarının müasir inzibati binaları, olimpiya idman kompleksləri inşa olunur, abadlıq-quruculuq işləri aparılır. Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı və məqsədyönlü tədbirlər Nizami rayonununda simasını dəyişir, onun abad və müasir rayon kimi daha da gözəlləşməsinə böyük imkanlar yaradır.

 

HƏYATINIZA YENİ BİR PRİZMADAN BAXIN!

 

Sizə həm uyğun şərtlər, həm də xəyallarınızdakı evi təqdim etmək üçün fikirləşdik, qərar verdik, “Rahatlığın Məkanı” nı inşa etdik. İzdihamlı bir şəhərin stresi, zəlzələ qorxunuz, nəqliyyat problemlemləriniz artıq geridə qalacaq.Şirkətin tikdiyi “Rahatlığın Məkanı” yaşayış kompleksi ərazinin “Göz-Bəbəyidir”.

5 BİNADAN İBARƏT YAŞAYIŞ KOMPLEKSİ

 

Şirkətin satış meneceri “Marja”ya bildirdi ki, layihə üzrə yaşayış  kompleksi hər biri 16 mərtəbəli 5 binadan ibarətdir. Artıq 1-ci bina yaşayış üçün hazırdır, ikinci binanın tikintisin  tamamlanma işləri gedir, üçüncü binanın da tikintisinə başlanılıb. Qarşıdakı 3 il ərzində yaşayış kompleksinin tam təhvil verilməsi nəzərdə tutulur.

 

Satış meneceri qeyd etdi ki, “Rahatlığın Məkanı” yaşayış kompleksində binalar füsunkar görünüşünə görə fərqlənir. Binanın dizaynı xaricdə işlənmişdir. 1-2-ci mərtəbələr xırda obyektlər üçün deyil, sakinlərin gündəlik ehtiyacı olan xidmətlər üçün (market, bağça, sağlamlıq mərkəzi və s.) nəzərdə tutulur. Artıq kompleksin yaşayışa təhvil verilmiş birinci binasında “Bravo” supermarketi, uşaq bağçası, ingilis dili, “Logo Center” uşaq inkişaf mərkəzi və məktəbə hazırlıq kursu və s. fəaliyyət göstərir.

 

“Rahatlığın Məkanı” kompleksində mənzillər genişliyinə görə seçilir. Alıcılara 1, 2, 3 və 4 otaqlı əlverişli mənzillər təklif edilir. Yuxarı mərtəbələrdəki mənzillərdən şəhərə mənzərə açılır. Ofis meneceri bildirdi ki, mənzillər elə layihələndirilmişdir ki, sahənin böyük hissəsi eyvan və dəhlizdə itmir. Azad planlaşdırma olduğundan sahibi mənzili istədiyi şəkildə bölüb, təmir etdirə bilər.

 

Bunaların tikintisi başa çatan kimi dərhal elektrik enerjisi, su və qaz ilə təmin ediləcəkdir. Binalarda fərdi istilik sistemi nəzərdə tutulur. Hər bir sakin quraşdırdığı kombidən istədiyi şəkildə istifadə edəcəkdir.

 

Binalarda müasir standartlara uyğun sürətli səssiz liftlər quraşdırılacaqdır. Yaşayış kompleksinin həyəti qapalı olacaqdır və ərazi 24 saat qorunacaqdır. 

 

Binaların altında hər bir mənzilə çatacaq saydan artıq avtomobil yerləri olan qarajlar nəzərdə tutulur.

 

MÜKƏMMƏL İZOLYASİYA APARILIR

 

Ofis meneceri əlavə etdi ki, binalar daş yun ilə üzlənir:

 

“Qış aylarında bir çox ailələr istilik üçün yüksək məbləğdə qaz və işıq pulu ödəyirlər. Bunun  səbəblərindən biri də binanın xarici cəbhəsində (fasadında) zolyasiyanın zəif olmasıdır. Bakıda bir sıra tikinti şirkətləri binaları adi suvaq və ya Ağlay ilə üzləyirlər. Bu mənzillərdə qışda istiliyin, yayda isə sərinliyin itməməsinə kömək etsə də, mükəmməl nəticə vermir. “Rahatlığın Məkanı” yaşayış kompleksinin izolyasiyasında daş yundan istifadə edilir. Daş yun heç bir halda yanmır. Daş yun məsaməli olduğuna görə bina “nəfəs alır” və buna görə də daxili məkanlarda heç vaxt nəmişlik və qaralma müşahidə olunmur. Həmçinin əlavə edim ki, mənzillərin çöl divarları bişmiş kərpic ilə deyil, yüksək termo-izolyasiya xüsusiyyətlərinə malik, yanğına davamlı, ekoloji təmiz və səs keçirməyən məsaməli hörgü bloku ilə hörülür”.

QİYMƏTLƏR

 

Ofis menecer bildirdi ki,  təmirsiz mənzillərin 1 kv.m-i nağd 1200 manata, kreditlə 1300 manata təklif olunur. Kredit şərtlərinə görə, ilkin ödəniş 30%, müddət 36 aydır. Mənzil nağd alınan zaman kvadrat metrindən asılı olaraq qiymətdə endirim olunur.

 

“BİNA ÜZRƏ İŞLƏRDƏN KƏSİB, QİYMƏTİ AŞAĞI SALAN ŞİRKƏTLƏR VAR”

 

Ofis menecer “Qara Qarayev” metrosu ətrafında tikilən bir sıra yeni binalarda mənzillərin nisbətən ucuz təklif edilməsinə də münasibət bildirdi:

 

“Bir sıra tikinti şirkətləri binalarda nəzərdə tutulmuş işlərin bəzilərini təxirə salırlar, binanın fasadı, həyəti üzrə görülməli olan işlərdən kəsirlər. Biz layihədə nəzərdə tutulmuş xərcləri azaltmırıq. Layihədə nəzərdə tutulduğundan da artıq xərclər çəkirik. Qeyd etdiyim kimi, binalar daş yun ilə üzlənir, sonra xususi boya ilə rənglənir. Dünya standartlarına uyğun digər materiallardan istifadə edirik. Buna görə, sakinlər bizə öz minnətdarlıqlarını bildirirlər. Biz hazırda həyətə 16 manatlıq daş vururuq, halbuki həmin daşın 5-6 manatlıq olanını da vura bilərdik. Biz işləyirik bu əmlak uzunömürlü olsun”.

 

HƏR ZAMAN “YUMURTLAYAN TOYUQ”

 

“Qara Qarayev”də ev alqı-satqısı ilə məşğul olan ofislərdə də olduq. Peşəkar vasitəçilər qeyd etdilər ki, metronun üstündə yerləşən binalardakı mənzillər kirayə baxımından hər zaman “yumurtlayan toyuqdur”. Hazırda kirayə vermək üçün mənzil çatışmır. Məsələn, 2 otaqlı mənzil olan kimi dərhal ayı 400-450 manatdan kirayəyə götürülür.

Mənzil alınan zaman ailənin gələcəyi də nəzərə alınmalıdır. Gələcəkdə uşaqların məktəbə və ya universitetə rahat gedib gəlmələri baxımından mənzilin metronun 2 addımlığında alınması doğru qərar olardı. Əgər ev kirayəyə verilmək məqsədilə alınırsa, metronun və avtobus dayanacağının yaxın olması daha böyük əhəmiyyət daşıyır.

 

Biz mükəmməlliyimizi gizlətmirik! Sizdə heyranlığınızı gizlətməyin!

 

Əlaqə:

Bakı şəhəri, Nizami rayonu, Əlif Haciyev küç., 40 (Qara Qarayev metrosu)

Tel.: (012) 422-74-75

Mob.: (055) 319 39 39

https://www.facebook.com/Rahatligin-Mekani-MMC

12.09.2018 11:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ