Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

OPEC-in neft hasilatı avqustda artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in neft hasilatı avqustda artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Avqust Ayı Neft Bazarı Hesabatına görə, keçən ay qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 490 min barrel artaraq 98 milyon 880 min barel olub.
 

Avqustda OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 210 min barel artımla təxminən 66 milyon 320 min barrelə qalxıb.
 

OPEC-in xam neft istehsalı isə keçən ay əvvəlki ayla müqayisədə gündəlik 278 min barrel artaraq 32 milyon 560 min barel təşkil edib. Beləliklə, OPEC-in iyulda 32,8 faiz olan ümumi qlobal neft hasilatı içindəki payı ötən ay 32,9%-ə yüksəlib.
 

Keçən ay OPEC daxilində gündəlik xam neft hasilatı ən çox artıran ölkələr öz növbəsində Liviya, İraq və Nigeriya olub. Liviyada gündəlik hasilat 256 min barel artımla 926 min barelə yüksəlib. İraqda gündəlik xam neft hasilatı 90 min barrel artaraq 4 milyon 649 min barelə, Nigeriyada gündəlik hasilat 74 min barrel artaraq 1 milyon 725 min barelə çatıb.
 

Avqustda gündəlik neft istehsalında OPEC-də ən böyük azalma İran, Venesuela və Əlcəzairdə baş verib. İranda gündəlik hasilat 150 min barrel azalaraq 3 milyon 584 min barrelə enib.
 

Venesuelada neft hasilatı gündəlik 36 min barrel geriləyərək 1 milyon 235 min barelə, Əlcəzairdə gündəlik hasilat 14 min barrel azalaraq 1 milyon 45 min barrelə enib.
 
 

NEFTƏ QLOBAL TƏLƏBAT ARTACAQ
 

OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbi bu illə müqayisədə 1 milyon 410 min barel artımla gündəlik 100 milyon 230 min barelə çatacaq. 

12.09.2018 15:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ