Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan Rusiya qarşısında 653 milyon dollar mənfidədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Rusiya qarşısında 653 milyon dollar mənfidədir

2018-ci ilin yanvar-avqust aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında mal dövriyyəsi 1 milyard 477 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 15,5% çoxdur.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatından məlum olur.

 

Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

 

"Hesabat dövründə Azərbaycan Rusiyaya 411 milyon 963,8 min dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,9% çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan ixracın 3,2%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.

 

Yanvar-avqust aylarında Rusiyadan Azərbaycana idxalın həcmi 1 milyard  65 milyon 36,51 min dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 16,6% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 15,55% Rusiyadan tədarükün payına düşüb.

 

Beləliklə, cari ilin yanvar-avqust aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 653 milyon 72,71 min dollar təşkil edib.

13.09.2018 07:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ