Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ən çox malları valyutaları "ölən" bu 2 ölkədən alırıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən çox malları valyutaları "ölən"  bu 2 ölkədən alırıq

Azərbaycan ən çox malları son vaxtlar valyutaları kəskin dəyərdən düşmüş Rusiya və Türkiyədən alır.

 

Reklam_3_11

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın idxalının 30%-dən çoxu bu ölkələrdəndir.

 

Belə ki, cari ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyadan 1 milyard 65 milyon dollarlıq, Türkiyədən isə 1  milyard 2 milyon dollarlıq mallar idxal edib. Rusiyadan idxal ümumi idxalın 15.52%-ni, Türkiyədən idxal isə 14.61%-ni təşkil edib.

 

Ən çox mal aldığımız 3-cü ölkə Çindir. Cari ilin 8 ayı ərzində bu ölkədən 720 milyon 660 min dollarlıq mallar idxal etmişik.

 

Qeyd edək ki, Rusiya Rublu və Türkiyə Lirəsi ucuzlaşdığından Azərbaycan bazarında bu ölkələrdən idxal edilmiş mallar ucuzlaşıb. Azərbaycanın Rusiya və Türkiyəyə ixracı isə bahalaşır.

13.09.2018 07:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ