Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Dollar 2 ildə 30 faiz dəyər itirə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dollar 2 ildə 30 faiz dəyər itirə bilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Məşhur hedc fondu rəhbəri Ray Dalio, Dolların iki il ərzində 30 faiz dəyər itirəcəyini təxmin edir. "DoubleLine Capital" şirkətinin direktoru Jeffrey Gundlach isə Dolların il sonuna qədər ucuzlaşacağını gözləyir.



 
Maliyyə dünyasının iki böyük adı, ABŞ dollarının son dövrdəki yüksəlişindən sonra bəzi mühüm maneələrlə qarşı-qarşıya qalacağını proqnozlaşdırır.
 

"Marja" xəbər verir ki,"Bridgewater Associates"da dünyanın ən böyük hedc fondunu quran Ray Dalio, Dolların iki il ərzində bir "böhran" ilə qarşı-qarşıya qalacağını və 30%-ə qədər dəyər itirəcəyini bildirib.
 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

"DoubleLine Capital"ın icraçı direktoru Jeffrey Gundlach isə il sonuna qədər Dolların ucuzlaşacağını gözləyir.


Gundlach, "Dollarda əvvəl aşağı səviyyələr görmədən yeni "zirvələr" görəcəyimizi düşünmürəm",- deyib.
 

"Bloomberg"in dollar indeksi, Aprelin ortasında gördüyü aşağı səviyyələrindən 5 faiz yüksəlib. Dolların bahalaşmasına ABŞ-dakı güclü iqtisadi inkişaf, Fed-in faiz artırması və qlobal ticarət gərginliyinin artması ilə "etibarlı valyutalara qaçış" meyli səbəb olub. 

 
Ötən il Dollar İndeksi  8% geriləmişdi.   

13.09.2018 10:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ